Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərəcək

Prezidentliyə namizədlər arasında kimin seçkilərin favoriti, qalibi olacağına dair dəyərləndirmə apardıqda isə bu şəxsin Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev olacağı istisna edilmir. Elə ölkədə keçirilən son rəy sorğuları da belə deməyə əsas verir.

Millət vəkili Kamaləddin Qafarov da bu qənaətdədir. O, bildirib ki, İlham Əliyevin prezident kimi fəaliyyət göstərdiyi 15 il ərzində gördüyü işlər, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində atmış olduğu addımlar, eləcə də xalqın bütün bunları rəğbətlə qarşılayıb dövlət başçısı ətrafında sıx birləşməsi belə deməyə əsas verir: "Hamıya, hətta  ölkəmizin saysız-hesabsız uğurlarını  həzm edə bilməyən bir çox bədxahlara da məlumdur ki, Azərbaycanın adı hazırda dünyanın inkişaf etmiş, populyarlıq qazanmış bir sıra dövlətləri ilə yanaşı çəkilir.  

Ölkəmizin bey­nəl­xalq aləm­də ən islahatçı ölkə kimi nüfuz qazanmasını bugünkü uğurlarımızın tən­tənəsi kimi dəyərləndirirəm.  Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qo­yu­lan siyasətin son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğur­la davam etdirilməsi, dövrün çağırışlarına yüksək səviyyədə cavab vermək üçün davamlı islahatların həyata keçirilməsi təbii ki, Azərbaycanın uğurlarını şərtləndirən əsas amillərdəndir.   Yaranan iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya la­yi­hə­lərinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasın­da fərq­lərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin real­laş­ması son 15 ildə  görülən işlər, əldə olunan uğurlu  nəticələr Azərbaycanın dün­ya­ya özünün inkişaf modelini təqdim etməsinə əsas verir.

İnkişafın Azərbaycan mo­delinin mövcudluğu uğurlu siyasətin göstəricisidir.  Qeyri-neft sektorunun  sü­rətlə  genişlənməsi, Azərbay­can­da sənayeləşmə prosesinin davam etməsi, iqti­sa­di zonaların yaradılması ölkənin inki­şafını daha da sürət­lən­dirir". Millət vəkili deyib ki. ölkəmizin gələcəyini təmin edəcək sahibkarlığın inkişafı, biznes və in­ves­tisiya mühitinin  yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliye­vin  qar­şıya qoy­du­ğu başlıca hədəflərdəndir: "Özəl sektorun inkişafının daha da  sürət­lən­dirilməsi ilə bağ­lı  həyata  keçirilən tədbirlər iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli, münbit şərait  yaradıb. İqtisadiyyatın şa­xə­ləndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sa­bit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət  büdcəsinin formalaşma­sın­da təbii ehtiyatlar amilinin azal­dıl­ması, bütün bölgələrin sosial-iqtisadi vəziy­yə­tinin müasir tələblər səviyyəsinə çatdı­rıl­ması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac im­kanlarının artırılması, əhalinin etibarlı sosial mü­da­fiəsinin təşkili və maddi-mə­nəvi, rifah halının durmadan yaxşılaşdırılması,  orta təbəqənin hər vasitə ilə for­malaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəl­dilir: insan amilinə artan diqqətin əsasını təşkil edən göstəriciləri daha böyük rəqəmlərlə ifadə etmək, sosial-iqtisadi sahədə  titanik inkişafı ger­çək­ləş­dirmək. Bu­nun üçün  potensial baza neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində qey­­ri-neft sektorunun inkişafını sürətləndirməkdir".

Kəmaləddin Qafarov bildirib ki, Azərbaycanın  Prezident İlham Əliyevin  rəhbərliyi ilə son 15 il ərzində  uğur­lar qazandığı sahələrdən biri də, şübhəsiz, səhiyyə sahəsidir. Ölkəmizdə sə­hiy­yə sek­torunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siya­sətin başlıca istiqamətlərindən birini təşkil edir: "Təbii ki, bu da döv­lə­ti­mi­zin  vətəndaş amilinə verdyi dəyərdən irəli gəlir. Ulu öndər Heydər Əliyevin si­ya­si kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı təbii ki, daha aydın görünür.  Belə ki, atılan ad­dım­lar,   həyata keçirilən məqsədyönlü  siyasət bu sa­hə­ni keyfiyyət və kəmiyyət gösəri­cilə­ri ilə zənginləşdirmiş, səhiy­yə  sek­to­ru  ye­ni inkişaf mərhələsinə qədəm qoy­muş­dur.  Səhiyyə ilə bağlı mü­hüm dövlət proq­ramlarının hazırlanaraq həyata keçirilməsi, əha­linin sağ­lam­lı­ğının daha eti­barlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə tə­min  olunması bu istiqamətdə həyata keçirilən siyasətin prio­ritet­lə­ridir. Səhiyyə müəs­­sisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edil­məsi, və­tən­daşların  pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaq­la­rın bü­tün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə isla­hat­ların əsa­sını təşkil edir.

Dövlətimizin başçısı İlham Əliyevin fərmanları əsasında təs­diq­lənən və uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Döv­lət Proqram­ları çərçivəsində bölgələrdə diaqnostika mərkəzlərinin tikilib istifa­də­yə verilməsi də bu diqqət və qayğıdan irəli gəlir. Prezident İlham Əliyevin  böləgələrə səfərləri çərçivəsində bu və ya digər səhiyyə ocaq­ları­nın tikilərək, yaxud yenidən bərpa olunaraq istifadəyə verilməsi, eyni zaman­da təməlqoyma mərasimlərinin keçi­ril­məsi də yaddaqalan mühüm hadisələr sıra­sın­dandır. Bir məqamı da qeyd edək ki, möhtərəm Prezidentimiz İlham Əliyev digər sa­hələr kimi, səhiyyədə də yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi önəm verir.

Bir əsas məqamı da qeyd edək ki,  beynəlxalq təşkilatlar, o cümlədən Dün­ya Səhiyyə Təşkilatı Azərbaycanda həyata keçirilən islahatları yüksək də­yər­ləndirir. Kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas yaradır. Qeyd etdiyimiz kimi, hər sahə üzrə konkret Dövlət Proq­ramlarının qəbulu və icrasına xüsusi diqqətin göstərilməsi bir daha bu real­lığı təsdiqləyir ki, ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın hər sahədə təcrübəsinin nümu­nə olmasını qarşıya mühüm vəzifə kimi qoyub. İnsanların sağlamlığının keşi­yin­dən dayanmaq, onlara yüksək xid­mət göstərmək səhiyyə işçilərinin borcudur". Millət vəkili bildirib ki, orta və uzunmüddətli dövr üçün Azərbaycanın da­yanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflərə uyğun olaraq artıq bütövlükdə milli iqti­sa­diy­yatın və onun əsas prioritet sektorları üzrə "Strateji yol xəritəsi"nin hazırlanması işlə­rinə start verilib: "Strateji Yol Xəritəsi çərçivəsində yaxşı idarəetmə əsasında makroiqtisadi sa­bit­liyi təmin etmək, iqtisadiyyatın strukturunu təkmilləşdirmək, məşğulluğu artırmaq, tarazlaşdırılmış regional inkişafı təmin etmək, biznes mühitini yaxşı­laş­dırmaq və özəl sektorun iştirakçılığını gücləndirmək planlaşdırılır.

Azərbay­can Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məq­sədlərinə qoşulmuşdur. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələn­diril­miş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi yaradılacaqdır".