Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının anım mərasimi keçirilib (FOTO)

Aprelin 3-də Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının il mərasimi keçirilib. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Pirşağı qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət ediblər.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, sonra tədbir Binəqədi qəsəbəsi, 1-ci mədən 23, ev 7 ünvanında quraşdırılmış mərasim çadırında davam edib.

Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak ediblər.