Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov XXİ əsrin pandemiyasına çevrilmiş koronavirusun yeni növü ilə mübarizə sahəsində ölkəmizdə aparılan qabaqlayıcı tədbirlərə yüksək qiymət verib.
Millət vəkilinin fikrincə, dünyada bütün insanları həyəcanlandırmış bu koronavirus növü bəşəriyyətin daim qayğısız yaşaması, elmin və səhiyyənin müasir səviyyəsinin Yer üzərində bütün mümkün epidemiyaların müalicə edilə biləcəyi mifini amansızlıqla dağıda bildi. Hazırda dünyanın Çin, ABŞ,Yaponiya, Koreya, İtaliya, İspaniya, İran və digər inkişaf etmiş ölkələri bu virusun “cilovlanmasında” çətinlik çəkirlər, çünki ən müasir müalicə metodları belə virusun qarşısında acizdir.
Hazırda Azərbaycanda dünyanın taleyüklü probleminə çevrilən bu virusunyayılmasının qarşısının alınması istiqamətində bütün qabaqlayıcı və operativtədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah ölkədə virusla bağlı vəziyyətə ciddi nəzarət edir, ardıcıl təşkilati işlər aparır. Eyni zamanda, Azərbaycanda koronavirusun yeni növünün müəyyən edilib nəzarət altına alınması üçün müasir laboratoriyalar, müalicə üçün kifayət qədər tibbi ləvazimatlar və dərman ehtiyatları, tibbi personal və bütün müvafiq strukturlar bu işə səfərbər edilib.
Millət vəkili vurğulayıb ki, yaranmış vəziyyətdə preventiv, qabaqlamatədbirlərinin daim nəzarətdə saxlanılması, ölkə rəhbərliyinin çox məntiqi, düzgün olaraq müəyyənləşdirdiy taktiki və strateji addımdır. Müalicə metodu olmayan pandemiyadan qorunmağın yeganə yolu onunla qabaqlayıcı tədbirlər vasitəsi ilə etibarlı şəkildə mübarizə aparmaqdır.K.Qafarov bildirib ki, bu sahədə həlledici addımı məhz insanlar atmalıdır. Onlarzəruri ehtiyac olmadığı halda çölə çıxmamalı, kütləvi tədbirlərə, qələbəlik sahələrə getməməli, qrup halında toplantılardan uzaq durmalıdırlar. Bu tələblər xüsusilə yaşlı adamlara aiddir. İtaliyada koronavirusun yeni növündən ölənlərin 90 faizindən çoxu yaşı 50-dən yuxarı olan insanlardır.Şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl olunması xəstəlikdən qorunmanın ən əsas tələblərindən biridir.
Millət vəkili sözünə davam edərək demişdir ki, Azərbaycan rəhbərliyinin dəqiq,məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə koronavirusun yeni növünə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Xəstəliklə bağlı epidemioloji şəraitə tam şəkildə nəzarət olunur. Xəstəliyin geniş yayılmaması üçün bütün zəruri tədbirlər görülür, idarələr, müəssisələr, təşkilatlar, xəstəxanalar, məktəblər, uşaq bağçaları, kütləvi əyləncə məkanları, hətta bir sıra küçə və parklar profilaktiki dezinfeksiya edilir.
Kamaləddin Qafarovun fikrincə, hazırkı şəraitdə xalqımız dövlətin ətrafında sıxbirləşməli, verilən bütün qərar və göstərişlər dərhal, operativ şəkildə yerinəyetirilməlidir. Ajiotaj yaradan hər cür şaiyə, həmçinin insanları vahiməyə salanməsuliyyətsiz, qeyri-sağlam məqsədli informasiya və fəaliyyətə qarşı kəskinmübarizə aparılmalıdır. Vətəndaşlarımız diqqətli olmalı, fitnəkar çağırışlara ,insanlarda panika yaratmağa yönəlmiş məlumatlara inanmamalı, yalnız rəsmihökumət məlumatları əsas götürməli və onlara əməl etməlidir.
Millət vəkili K.Qafarov sonda bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatınınkoronavirusun yeni növünə qarşı mübarizəni daha səmərəli və mütəşəkkil təşkil etmiş ölkələr sırasında Azərbaycanın da adını qeyd etməsi dövlətin bu sahədə səylərinə verilən obyektiv qiymətdir. Mən öz mülahizələrimi Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin Azərbaycan xalqına Novruz təbrikində vurğuladığı ibrətamiz bir fikirlə tamamlamaq istəyirəm:
”Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq".