- Kamaləddin müəllim, bildiyiniz kimi, Azərbaycan müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə hazırda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu qəbildəndir. Ümumiyyətlə, bu kimi tədbirlərin Azərbaycan üçün siyasi əhəmiyyəti haqqında nələri söyləmək olar?
- İV İslam Həmrəyliyi Oyunları əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin uğurlu davamıdır. Mayın 12-dən bu günə qədər dünyanın 54 müsəlman ölkəsinin 3000-dən çox idmançısı Bakının ən yaxşı stadionlarında və idman salonlarında birincilik uğrunda mübarizə apardı. Bütün dünyanın idman həvəskarlarının nəzərləri son 3 ildə ikinci dəfə ölkəmizin paytaxtı Bakıya yönəldi. 2015-ci ildə I Avropa Oyunlarına möhtəşəm şəkildə ev sahibliyi etmiş Azərbaycan bu dəfə müsəlman atletlərin idman həmrəyliyinin mərkəzinə çevrildi.
İV İslam Həmrəyliyi Oyunları Azərbaycanın istər siyasi, istər iqtisadi, istərsə də mədəniyyət sahəsində imicinə olduqca müsbət təsir göstərəcəyi şəksizdir. Ölkəmizin bütün dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə təqdim olunması xalqımızın şivil ölkələrlə inteqrasiyasını sürətləndirir, onu prinsipcə yeni mərhələyə yüksəldir.
İqtisadi sahədə əsas hədəfimiz, bildiyimiz kimi, ölkədə qeyri-neft sektorunun formalaşdırılması və inkişaf etdirilməsidir. Bu seqmentdə əsas ağırlıq turizmin üzərinə düşür. Hesab edirik ki, son illərdə keçirilən bütün beynəlxalq səviyyəli oyunlar, o cümlədən sözügedən İV İslam Həmrəyliyi Oyunları turizm sahəsində bizə çox böyük dividentlər gətirəcək.
Bu oyunlar həm də müsəlman ölkələri arasında hələ də istənilən səviyyəyə çatmamış həmrəyliyin daha inkişaf etdirilməsi, iştirakçı ölkələrlə çoxtərəfli əməkdaşlığın əsasının qoyulması imkanı yaradır. Ölkəmizdə gedən geniş quruculuq işləri, ölkənin iqtisadi qüdrətinin artım dinamikası, Bakının, eləcə də regionların inkişafı, ən müasir tələblərə cavab infrastrukturların yaradılması müxtəlif səpkili birgə beynəlxalq layihələrin reallaşdırılması və xarici investisiyaların təşviqi üçün möhkəm təməl yaradır.
- Son günlərin ən aktual mövzusuna çevrilmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunmasına münasibətiniz necədir, bunun arxasında kimlər və başlıca olaraq hansı təxribatçı qüvvələr dayanır? Ümumilikdə Azərbaycan-Rusiya münasinbətlərinin hazırki səviyyyəsi haqqında nə deyə bilərsiniz?
- 2017- ci il mayın 15- də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiası əsasında bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi məndə dolaşıq, izahı çətin olan mənfi təəssürat doğurdu. Rusiya Ədliyyə Nazirliyinin bu qərarı iki ölkə arasındakı münasibətlərin hərfinə də, ruhuna da yad olan bir addımdır.
Bəzilərindən fərqli olaraq mən bu qərarı həm siyasi, həm də müəyyən qüvvələrin təzyiqi ilə reallaşdırılan təhlükəli bir akt kimi qiymətləndirirəm. Məsələ burasındadır ki, Azərbaycanla Rusiya arasında mövcud olan ən yüksək səviyyəli siyasi, iqtisadi və mədəni əlaqələrin mövcudluğu məntiqi cəhətdən də bu tipli addımları mümkünsüz edirdi.
Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv ediləcəyinə inanmaq istəmirəm . Düşünrəm ki, daha ali instansiyalara müraciət və hər iki ölkənin müvafiq strukturlarının birgə müzakirələri yolu ilə prosesi dayandırmaq mümkün olacaq. Bu günlərdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova mətbuat konfransı zamanı söylədiyi “ölkədə (Rusiyada)azərbaycanlıların mənafeyini müdafiə edən 260-dan çox təşkilat vardır” fikrini isə, onun bəzi anoloji mülahizələr kmi, sözün əsil mənasında, boşboğazlıq hesab edirəm. Rusiyada iki milyondan çox azərbaycanlını Ümumrusiya Azərbaycanlıları Konqresi qədər kompleks səmərəli yönəldən və onlara dəstək olan ikinci struktur tapmaq qeyri-mümkündür.
Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsinin səbəbləri sırasında onun son dövrlərdə nüfuzunun artmasından bəzi dairələrin qorxuya düşməsi faktorunun dayanması iddiası da inandırıcıdır. Azərbaycanda kifayət qədər rus millətindən olan vətəndaşlar mövcuddur və məndə olan məlumatlara görə, onlar Rusiya Ali Məhkəməsinin qərarını çox böyük narazılıəq və təpki ilə qarşılamşılar. Bir sözlə, bu qeyri-səmimi jest Rusiya–Azərbaycan əlaqələrin indiki mənzərəsi ilə qətiyyən uzlaşmır və vəziyyətin tezliklə normallaşacağını düşünürəm.
- Ermənistan tərəfi mütəmadi olaraq cəbhə xəttində təxribatçı əməllərini davam etdirir. Necə düşünürsünüz, növbəti "aprel döyüşləri" yaşana bilərmi?
- Əgər işğalçı Ermənistan özünü aprel ayında olduğu kimi apararsa, şübhəsiz, öz layiqli və sarsıdıcı cavabını alacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin istər ölkədaxili çıxışlarında, istərsə də müxtəlif beynəlxalq tədbirlər, görüşlər zamanı söylədiyi nitqlərində bu fikri dəfələrlə vurğulayıb. Digər tərəfdən, Ermənistanda gedən son prosesləri nəzərdən keçirərkən, Sarksyan rejiminin özünün son günlərini yaşadığını hiss etmək o qədər də çətin deyil. S.Sarqsyanın cəbhəyanı bölgələrdəki fitnəkar “fəallığı” onun öz qanlı xuntasını xilas etmək üçün göstərdiyi son və ümidsiz səylərdən başqa bir şey deyildir.
Ermənistan öz tarixinin ən tənəzzüllü dövrünü yaşayır. Ölkədə bütün infrastrukturlar dağıdılmış, ölkə əhalisinin böyük əksəriyyəti xarabazara çevrilmiş şəhər və kəndləri tərk edərək yaxın və uzaq xaricə üz tutmuşlar. Ermənistanın bütün hüquq və səlahiyyətləri onun əbədi ağası olan Rusiyaya dövr edilmişdir.
Ermənistan ordusunun cəbbəxanasının əsasını ötən əsrin 70-80-ci illərində keçmiş sovet ordusunun arsenalında olmuş köhnə silah-sursat və texnika təşkil edir. Bu faktı erməni analitiklərinin özləri də etiraf edirlər. Azərbaycanın sərəncamında isə ən müasir, ən modern silahlar vardır və bu silahlar vasitəsi ilə erməni qəsbkarlarını bir neçə saat ərzində Yer üzündən silmək mümkündür.
Bunu Ermənistanda da yaxşı başa düşürlər. Hesab edirəm ki, yeni döyüşlər Ermənistanın əbədi iflası ola bilər, ona görə də onların bir daha ötən ilin aprel ayında baş vermiş, Azərbaycan böyük siyasi və hərbi qələbəsi ilə başa çatmış lokal qapşıdurmaya gedəcəyi inandırıcı görünmür. Həm də təkcə ona görə ki, Azərbaycanın səbri heç də hüdudsuz deyildir”.