Yeni Azərbaycan Partiyası tərəfindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarov yanvarın 27-də M.Ə. Rəsulzadə qəsəbəsinin Zahid Qəmbərov və Cəfər Cabbarlı küçələrinin bir qrup sakini ilə görüşüb.
Trend-in məlumatına əsasən, Kamaləddin Qafarov görüşə toplaşan seçicilərin çoxsaylı suallarını cavablandırıb, onların sosial problemlərinin həllinin müvafiq instansiyalara çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.