Bu gün Novruz bayramı münasibəti ilə Bakının Binəqədi rayonunda yaşayan aztəminatlı ailələrin – şəhid ailələrinin , Qarabağ müharibəsi veteranlarının, I və II qrup əlillərin nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə ölkəmizdə gedən ictimai-siyasi proseslər, əhalinin sosial rifahının yüksəldilməsi məqsədi ilə Azərbaycanda aparılan kompleks işlər barədə geniş söhbət açılmışdır.
Görüşdə iştirak edən rayon sakinləri - S.Muxtarova, Ş.Məmmədova, R.Tağıyeva, A.Ələkbərov, T.Məmmədova, K.Səfərova və başqaları son dövrdə Azərbaycanda, eləcə də Binəqədi rayonunda reallaşan abadlıq və quruculuq tədbirlərindən razılıq etmiş, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasəti ürəkdən dəstəklədiklərini bildirmişlər.
Çıxış edənlər Novruz bayramının tarixindən söz açmış, ölkəmizin mədəni həyatında önəmli bir yer tutduğunu vurğulamış, xeyir-bərəkət və ruzi timsalı olan baharın gəlişi münasibəti ilə soydaşlarımızı təbrik etmişlər.
Görüşün sonunda 72 ailəyə milllət vəkili Kamaləddin Qafarovun adından hədiyyələr və bayram sovqatı təqdim edilmişdir.