2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək
növbədən kənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan
Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa
namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla
yad edilib.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, 30 illik işğaldan
sonra 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qalibiyyət
tariximizin ən qürurverici səhifələrindən biridir. Tarixi zəfərimiz uzun illər ərzində
ölkəmizdə həyata keçirilən milli dövlətçilik, vətənçilik ideologiyasının, iqtisadi
qüdrətimizin artırılması sayəsində ordumuzun peşəkarlığının nəticəsində əldə
olundu. Bu mənada, ümumilli liderimiz Heydər Əliyevin və müzəffər Ali Baş
Komnandan İlham Əliyevin xalqımız qarşısındakı xidmətlər danılmazıdır.
Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov bildirib ki, YAP fəaliyyət
göstərdiyi illər ərzində dövlətimizlə birgə addımlayıb, ölkəmizdə hüquqi, dünyəvi
dövlət quruculuğu istiqamətində öz töhfələrini verib. İctimai-siyasi faliyyətin ən
aparıcı qüvvəsi olaraq dövlətimizin və xalqımızın inkişafında, bir çox islahatların
reallaşdırılmasında əsaslı rol oynayıb. Partiya ümumxalq partiyası olaraq bütün milli
məsələlərdə həmrəylik göstərib, ali məqsədləri daim üstün tutub. O. çıxışında bütün
seçiciləri seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə
səsləyib.
Görüşdə vətən müharibəsi şəhidi İbrahim Sadıqlının atası Şahin Sadıqlı və
seçicilərdən Fərasət Qurbanovçıxış ediblər. Qeyd olunub ki, YAP-ın namizədləri onlara göstərilən etimadı hər
zaman doğruldub, seçicilərinin yanında olublar. Seçicilər qarşıdan gələn seçkilərdə
də partiyanın namizədlərinə yenidən etimad göstərəcəklərini söyləyiblər.