Prezidentliyə namizədlər arasında kimin seçkilərin favoriti, qalibi olacağına dair dəyərləndirmə apardıqda isə bu şəxsin Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev olacağı istisna edilmir. Elə ölkədə keçirilən son rəy sorğuları da belə deməyə əsas verir.
Millət vəkili Kamaləddin Qafarov da bu qənaətdədir. O, bildirib ki, İlham Əliyevin prezident kimi fəaliyyət göstərdiyi 15 il ərzində gördüyü işlər, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində atmış olduğu addımlar, eləcə də xalqın bütün bunları rəğbətlə qarşılayıb dövlət başçısı ətrafında sıx birləşməsi belə deməyə əsas verir: "Hamıya, hətta ölkəmizin saysız-hesabsız uğurlarını həzm edə bilməyən bir çox bədxahlara da məlumdur ki, Azərbaycanın adı hazırda dünyanın inkişaf etmiş, populyarlıq qazanmış bir sıra dövlətləri ilə yanaşı çəkilir.
Ölkəmizin beynəlxalq aləmdə ən islahatçı ölkə kimi nüfuz qazanmasını bugünkü uğurlarımızın təntənəsi kimi dəyərləndirirəm. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövrün çağırışlarına yüksək səviyyədə cavab vermək üçün davamlı islahatların həyata keçirilməsi təbii ki, Azərbaycanın uğurlarını şərtləndirən əsas amillərdəndir. Yaranan iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya layihələrinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasında fərqlərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin reallaşması son 15 ildə görülən işlər, əldə olunan uğurlu nəticələr Azərbaycanın dünyaya özünün inkişaf modelini təqdim etməsinə əsas verir.
İnkişafın Azərbaycan modelinin mövcudluğu uğurlu siyasətin göstəricisidir. Qeyri-neft sektorunun sürətlə genişlənməsi, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması ölkənin inkişafını daha da sürətləndirir". Millət vəkili deyib ki. ölkəmizin gələcəyini təmin edəcək sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdəndir: "Özəl sektorun inkişafının daha da sürətləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli, münbit şərait yaradıb. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin hər vasitə ilə formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir: insan amilinə artan diqqətin əsasını təşkil edən göstəriciləri daha böyük rəqəmlərlə ifadə etmək, sosial-iqtisadi sahədə titanik inkişafı gerçəkləşdirmək. Bunun üçün potensial baza neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir".
Kəmaləddin Qafarov bildirib ki, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində uğurlar qazandığı sahələrdən biri də, şübhəsiz, səhiyyə sahəsidir. Ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir: "Təbii ki, bu da dövlətimizin vətəndaş amilinə verdyi dəyərdən irəli gəlir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı təbii ki, daha aydın görünür. Belə ki, atılan addımlar, həyata keçirilən məqsədyönlü siyasət bu sahəni keyfiyyət və kəmiyyət gösəriciləri ilə zənginləşdirmiş, səhiyyə sektoru yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması bu istiqamətdə həyata keçirilən siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaqların bütün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir.
Dövlətimizin başçısı İlham Əliyevin fərmanları əsasında təsdiqlənən və uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində bölgələrdə diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi də bu diqqət və qayğıdan irəli gəlir. Prezident İlham Əliyevin böləgələrə səfərləri çərçivəsində bu və ya digər səhiyyə ocaqlarının tikilərək, yaxud yenidən bərpa olunaraq istifadəyə verilməsi, eyni zamanda təməlqoyma mərasimlərinin keçirilməsi də yaddaqalan mühüm hadisələr sırasındandır. Bir məqamı da qeyd edək ki, möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələr kimi, səhiyyədə də yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi önəm verir.
Bir əsas məqamı da qeyd edək ki, beynəlxalq təşkilatlar, o cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbaycanda həyata keçirilən islahatları yüksək dəyərləndirir. Kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas yaradır. Qeyd etdiyimiz kimi, hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və icrasına xüsusi diqqətin göstərilməsi bir daha bu reallığı təsdiqləyir ki, ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın hər sahədə təcrübəsinin nümunə olmasını qarşıya mühüm vəzifə kimi qoyub. İnsanların sağlamlığının keşiyindən dayanmaq, onlara yüksək xidmət göstərmək səhiyyə işçilərinin borcudur". Millət vəkili bildirib ki, orta və uzunmüddətli dövr üçün Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflərə uyğun olaraq artıq bütövlükdə milli iqtisadiyyatın və onun əsas prioritet sektorları üzrə "Strateji yol xəritəsi"nin hazırlanması işlərinə start verilib: "Strateji Yol Xəritəsi çərçivəsində yaxşı idarəetmə əsasında makroiqtisadi sabitliyi təmin etmək, iqtisadiyyatın strukturunu təkmilləşdirmək, məşğulluğu artırmaq, tarazlaşdırılmış regional inkişafı təmin etmək, biznes mühitini yaxşılaşdırmaq və özəl sektorun iştirakçılığını gücləndirmək planlaşdırılır.
Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi yaradılacaqdır".