12 İyun 2026-cı il tarixində Binəqədi rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “MİLLİ QURTULUŞDAN BAŞLANAN TƏRƏQQİ VƏ ZƏFƏR YOLU” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının ilk təşəbbüskarlarından olan 91-lərin üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi Asif Cahangirov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Kəmaləddin Qafarov, Azay Quliyev, Məlahət İbrahimqızı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, məktəbəqədər və orta ümumtəhsil, tibb, mədəniyyət müəssisələrinin direktorları, ictimai birliklərin rəhbərləri iştirak etdilər.









