İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə davam etdirir - Kamaləddin Qafarov

Bu fikirləri Millət vəkili Kamaləddin Qafarov 17 noyabr tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbirdə söyləmişdir.

Tədbirdə çıxış edən millət vəkili Kamaləddin Qafarov 1990-cı illərin əvvəllərində Naxçıvanda baş verən tarixi hadisələrə diqqət yönəldərək ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və inkişafı istiqamətində yorulmaz fəaliyyətindən danışdı. Ümummilli liderə xalq sevgisindən, dahi şəxsiyyətə xalqın böyük inam və etimadından bəhs etdi. O, inam və etimadın bu gün də davam etdiyini və dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin ulu öndərin ideyalarını layiqincə davam etdirdiyini vurğulayıb.