Mərkəzi Seçki Komissiyası bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.

Mərkəzi Seçki Komissiyası bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.

"Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Ümumilikdə isə bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün 256 daimi görüş yeri ayrılıb.

9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə seçkiqabağı təşviqat üçün ayrılmış açıq yerin ünvanı M.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsi, Dendroloji parkın ərazisi, qapalı yerin ünvanı isə Azadlıq prospekti 181 ünvanda yerləşən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalıdır.