Ümummilli Liderin siyasi uzaqgörənliyi sayəsində müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub

Oktyabrın 18-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Realpress.az-a bildiriblər ki, Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. O, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində həyata keçirdiyi mühüm işlərdən danışıb. M.İsmayılov Ulu Öndər tərəfindən əsası qoyulmuş müdrik siyasətin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqilliyimizin daha da möhkəmləndiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Kamaləddin Qafarov ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində müasir müstəqil Azərbaycanın dinamik inkişaf yoluna qədəm qoymasından geniş söz açıb. Qeyd edib ki, Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük tərəqqiyə nail olub, beynəlxalq münasibətlər məkanında söz sahibinə çevrilib.

Digər çıxış edən də müstəqilliyimizin tarixi əhəmiyyətindən danışıblar.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə FHN-in Qarabağ, Şimal, Sumqayıt və Gəncə Regional mərkəzlərində də tədbirlər keçirilib.