Kamaləddin Nəsrəddin oğlu Qafarov 1976-ci il sentyabrın 7-də Naxçıvan  Muxtar Respublikasının Naxçıvan şəhərində  anadan olmuşdur.

1993 - cü ildə  Azərbaycan Tibb Universitetinin  kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurmuşdur. Həmin ildə Y.H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olmuş, 1997-ci ildə meyvə - tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir. Daha sonra  ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuş və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirmişdir.

2005-сi ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışmışdır.

2013–cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilmişdir.

2014–cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilmişdir.

2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır.

2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 9 saylı ikinci Binəqədi Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür. Türkiyə, Gürcüstan, Braziliya, Lüksemburg, Səudiyyə Ərəbistanı, Latviya, Vyetnam, Avstraliya və Yeni Zelandiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Ailəlidir,  4 övladı var.