Binəqədi rayonunun M.Ə. Rəsulzadə qəsəbəsində sakinlərin onkoloji müayinəsi keçirilir

Binəqədi rayonunun M.Ə. Rəsulzadə qəsəbəsində sakinlərin onkoloji müayinəsi  keçirilir

Bü gün  Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş,  9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə Milli Məclisin üzvü Kamaləddin Qafarovun təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin peşəkar həkimləri tərəfindən Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Ə.Məlikov adına 6 saylı Mərkəzi Xəstəxanada  əhalinin onkoloji müayinəsinə başlanılıb.

Aksiyaya Milli Onkologiya Mərkəzinin  10-dan çox peşəkar həkimi və  ən müasir və yüksək standartlara  cavab verən  səyyar diqnostika kompleksi    cəlb olunmuşdur. Həkim briqadalarları və diaqnostika kompleksi  vasitəsilə  əhalinin  bir neçə istiqamətdə - baş-boyun, mammoloji və ultrasəs  (USM) üzrə müayinələri  həyata keçirilir. Martın 1-də səhər saat 09:00-da başlayan aksiya axşam saatlarına qədər  davam edəcək və  müraciət edən bütün vətəndaşlar aksiyadan yararlana biləcəklər.


Ə.Məlikov adına 6 saylı Mərkəzi Xəstəxanası tərəfindən əhalinin qeydiyyatının aparılması üçün xüsusi otaq ayrılıb və aksiya  iştirakçılarının qeydiyyatına  xəstəxananın tibbi heyətindən əməkdaşlar cəlb olunub. Aksiyada müraciət edən hər bir şəxsin dəqiq qeydiyyatı aparılır və onlar sağlamlıq problemlərinə  uyğun olaraq  müvafiq  müayinə otaqlarına yönədilir. Müayinələr isə həm xəstəxananın müayinə otaqlarında, həm də xəstəxananın həyətində aksiya ilə bağlı yaradılmış  səyyar həkim briqadaları və diqnostika kompleksi  tərəfindən reallaşdırılır. Vətəndaşların müayinələrinin nəticələri rəsmi qaydada özlərinə təqdim olunur. Bu gün  müayinə  üçün aksiyaya  600 nəfərə yaxın sakin  müraciət etmişdir.
Əhalinin onkoloji müayinəsi üçün  nəzərdə tutulan aksiya martın   2-də , şənbə günü də  davam edəcəkdir. Aksiyaya Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı,M.Ə.Rəsulzadə bələdiyyəsi də təşkilati dəstək göstərir.